AZ

Türkiyə limanlarını İsrail gəmiləri üçün BAĞLAYIR

Türkiyə İsrail bayrağı altında üzən və ya İsrail şirkətlərinə məxsus gəmilərin limanlarına girişini qadağan edib.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Gəmiçilik şirkətlərindən həmçinin gəmilərin İsraillə əlaqəsi olmadığına, hərbi və ya təhlükəli yük daşımadığına dair yazılı təminat tələb olunacaq.

Bu qayda bütün Türkiyə limanlarında tətbiq edilir.

Qadağaya əsasən, İsraildən gələn gəmilər Türkiyə limanlarına, Türkiyə bayraqlı gəmilər isə İsrail limanlarına daxil ola bilməyəcək.

Analitiklər bunu Türkiyənin ötən il İsraillə ticarət əlaqələrini kəsdikdən sonra atdığı növbəti addım kimi qiymətləndirir.

(Müsavat)

Seçilən
40
moderator.az

1Mənbələr