AZ

Ukrayna və Kanada birgə silah istehsalı haqqında saziş imzalayıb

Ukrayna və Kanada Kiyevdə müdafiə təyinatlı avadanlıqların birgə istehsalı haqqında saziş imzalayıblar.

APA xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

“Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsinə, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsinə və yaradılmasına, müdafiə təchizatının davamlılığının artırılmasına yönəlib”, - Şmıxal “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saziş Kanadada Ukrayna şirkətlərinin yaradılmasını sadələşdirəcək və texnologiyalar mübadiləsini gücləndirəcək.

Seçilən
83
7
apa.az

10Mənbələr