AZ

Astarada 72 yaşlı kişi dənizdə boğuldu

ASTARA, 24 avqust. TELEQRAF

Astarada bədbəxt hadisə nəticəsində 72 yaşlı kişi ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində, Xəzər dənizinin sahilində qeydə alınıb.

Astara rayonunun Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dənizdə boğulub.

İlkin ehtimala görə, X.Məmmədov suda olarkən ürəktutması keçirib və boğulub. Onun cansız bədənini sahildə çimən digər sakinlər aşkar edərək sudan çıxarıblar.

Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədov fiziki qüsurlu (lal və kar) olub. Şəxsi əşyaları hadisə yerindən təxminən 100 metr aralıda aşkarlanaraq götürülüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
3
teleqraf.com

5Mənbələr