AZ

Həmin o an... - Ailə son anda ölümdən xilas edildiVİDEO

Avtomobil kanala aşdı. Ətrafdakı insanlar köməyə qaçdı və bir ailə baş verə biləcək faciyədən son anda xilas edildi.

Xezerxeber.az xəbər verirk i, hadisə bu gün Xaçmazda baş verib. Rayonun Xudat şəhəri ərazisində su kanalına düşən maşın ətrafdakılara həyəcanlı anlar yaşatdı. Bu insanlar tərəddüt etmədən, hətta, öz həyatlarını belə təhlükəyə ataraq maşının içərisində qalan ailənin dadına çatdılar. 

Vətəndaşlardan ikisi kanalda ilişib qalan maşının üzərinə çıxıb, biri isə suyun içərisindədir. Məqsəd bir olub, insanları xilas etmək.  Bu qəhrəman insanlar öncə azyaşlı oğlanı xilas edirlər.

Daha sonra cavan bir qadın, ardından isə bu şəxs xilas edilir...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
43
xezerxeber.az

1Mənbələr