AZ

Rusiya ordusu bu ərazilərdən çıxdı

Ukrayna ordusu Donetsk vilayətində uğurlu əks-hücumlar həyata keçirib və üç yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Telegram”da məlumat yayıb.

“Qoşunlarımız uğurla əks hücuma keçərək Donetsk vilayətinin kəndlərini – Mixaylovka, Zeltonıy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər. Vəziyyət həqiqətən ağırdır, düşmən əsas səylərini cəbhənin bu hissəsində cəmləyib. Amma biz müdafiə xəttini saxlamalıyıq”, – deyə baş komandan əlavə edib./Oxu.az

Seçilən
45
4
editor.az

6Mənbələr