AZ

Astarada 72 yaşlı kişi dənizdə boğularaq öldü

Astarada ahıl kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib. Astara rayonunun Bala Şahağac kənd sakini  1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov vaxtaşırı dəniz havası almaq və çimmək üçün dənizə gəlib. Ehtimal olunur ki, o, suda olarkən  ürəktutması keçirib və suya yıxılıb. Halsız olan X.Məmmədov suda boğularaq ölüb. Meyiti ilk aşkar edən ətrafda çımən sakinlər olub və onun cansız bədənini sudan çıxarıblar. 

Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub hadisə yerinə baxış keçiriblər. 

Müəyyən olunub, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb. 
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
7
unikal.az

1Mənbələr