AZ

Fərdi yaşayış evi yandı

İsmayıllıda fərdi yaşayış evində yanğın olub.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, yanğın nəticəsində 1965-ci il təvəllüdlü Yunusov Ağasüleyman Həmid oğluna məxsus ümumi sahəsi 77 m² olan 1 mərtəbəli; 4 otaqlı evin, ona bitişik 70 m² olan talvarın, ümumi sahəsi 150 m² olan 1 mərtəbəli; 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu yanıb.

    Əraziyə dərhal FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    41
    6
    bakivaxti.az

    7Mənbələr