AZ

Xəbəri olmadan bağban vəzifəsində işləyir – Tragikomik hadisəVİDEO

İşləmir, lakin 150 manat maaş aldığı göstərilir...

Xezerxeber.az xəbər verir ki, belə bir vəziyyətlə paytaxtda yaşayan Qəbələ rayon sakini Fərhad Bayramov üzləşib. Onun sözlərinə görə, heç bir yerdə işləmir. Amma rəsmi yerdə işlədiyi müvafiq sistemdə qeyd olunub. Hətta 150 manat məbləğində məvacib aldığı göstərilir.

Fərhad Bayramov deyir ki, rəsmi iş yerində adı olduğundan onu digər yerlərə işə qəbul etmirlər. O, bununla bağlı lazımi yerlərə müraciət etdiyini də deyir.

Biz də adı çəkilən həmin ''ESMA-FOOD'' MMC-ni axtarmağa, əlaqə saxlamağa çalışdıq. Lakin həmin şirkətlə bağlı heç bir məlumat əldə etmək mümkün olmadı.

Hüquqşünaslar isə bildirirlər ki, belə halla üzləşən vətəndaşlar mütləqdir ki, əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Qanuna uyğun olaraq həmin şirkət müəyyən edilikdən sonra məhkəmə yolu ilə işə baxılmalı və qərar verildikdən sonra barəsində müvafiq tədbir görülməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
2
xezerxeber.az

3Mənbələr