AZ

Fransa klubundan “Neftçi”yə - Bu səbəbdən gəlib!

Falaye Sakonun “Neftçi”yə keçidinin detalları müəyyənləşib.



Referans Fransa mətbuatına istinadən xəbər verir ki, “Monpelye”nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.



Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi yer almışdı.



“Monpelye” Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv olunub.



Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız “Neftçi” yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini “ağ-qaralar”ın xeyrinə edib.



Sako “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Seçilən
15
3
referans.az

4Mənbələr