AZ

İşlədiyi avtoyuma məntəqəsindən qayıdarkən yolda ÖLDÜVİDEO

Avtomobil tranformatora çırpılıb, sürücü ölüb...

Xezerxeber.az xəbər verir ki, Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sığırlı kənd sakini 21 yaşlı Qafqaz Mənəfli özünə məxsus avtomaşınla işlədiyi avtoyuma məntəqəsindən evə qayıdarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən transfarmatora çırpılıb.

Qəza zamanı sürücü ağır bədən xəsarəti alıb və dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatana qədər dünyasını dəyişib.

Bundan başqa, transformatorun aşması nəticəsində Sığırlı kəndinə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ağstafada da ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını aşıb. Qəza zamanı xəsarət alan 23 yaşlı sürücü Ayxan Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr