AZ

Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna hərbçiləri Donetsk vilayətinin Novomixaylovka kəndini Rusiya işğalından azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrin Üçüncü Ordu Korpusu məlumat yayıb.

Bildirilir ki, uğurlu hücum əməliyyatı Baş Kəşfiyyat İdarəsinin tərkibində “Artan” xüsusi təyinatlı dəstəsinin əməliyyatı ilə Ukrayna hərbçiləri işğalçıları qəsəbə ərazisindən çıxararaq, nəzarəti bərpa ediblər.

Qeyd edək ki, bundan öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Mixaylovka, Zelyonıy Qay və Vladimirovka kəndlərinin işğaldan azad edldiyini bildirmişdi.

Seçilən
13
2
axar.az

3Mənbələr