AZ

Əfsanə Lələzadənin həyat yoldaşı onu dəfələrlə bıçaqla hədələyib — Lənkərandakı qətlin TƏFƏRRÜATI (VİDEO)

Lənkəranda baş vermiş qətlin bəzi detalları üzə çıxıb.

Mərhumun qohumunun sözlərinə görə, hadisə baş verən gün Əfsanə Lələzadə işə getmək üçün yola çıxıb:

"Yolun aşağısı ilə gəlirdim, Əfsanə mənə salam verdi, işə gedirdi. Daha sonra səs eşitdim, elə bildim uşaqdır, itin qorxusundan qışqırır. Çıxdım dəmiryoluna baxdım ki, iki nəfər bir nəfərin başının üzərində durub".

Mərhumun dayısı isə bildirib ki, Ə.Lələzadə dəmiryolundan keçərkən izlənilib, daha sonra bıçaqla xəsarət yetirilib.

Məlumata görə, Əfsanə Lələzadə son 4 ilə yaxın anası ilə yaşayıb. Onun həyat yoldaşı Nicat Lələzadə uzun müddət ailə ilə maraqlanmayıb və dəfələrlə qadını bıçaqla hədələyərək boşanmasına imkan verməyib.

Seçilən
0
2
demokrat.az

3Mənbələr