4 tərəfdən hasara alınan və hər an uçma təhlükəsi olan köhnə evlər...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov 58, dalan 4 ünvanındandır. Sakinlər deyirlər ki, ərazi dörd tərəfdən hasara alınıb, ətrafdakı evlər sökülüb, lakin onlar hələ də təhlükəli vəziyyətdə yaşamağa davam edirlər.
Sakinlər deyirlər ki, ərazidə vəziyyət acınacaqlıdır, bununla dəfələrlə aidiyyəti qurumlara da müraciət ediblər.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazi tikinti şirkətlərinə verilib. Hazırda tikinti şirkətləri tərəfindən əhalinin köçürülməsi və yeni yaşayış binalarının tikintisi ilə bağlı işlər gedir. Bu ərazi ilə bağlı icra hakimiyyətində binaların vəziyyəti qiymətləndirilib və tikinti şirkətlərinə təklif olunub. Gözləmək lazımdır ki, hansısa şirkət yaxın vaxtlarda sözügedən ərazidə yaşayış binası tikmək üçün tikililərin sökülməsini təmin etsin. Bütün ərazi söküntü zonası sayılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.