AZ

İranın ilk olimpiya çempionu vəfat edib

İranın ilk Olimpiya çempionu İmam Əli Həbibi 94 yaşında vəfat edib.

Ölkə.az xəbər verir ki, bu barədə İran Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, sərbəst güləşçi 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Olimpiadada 67 kq çəki dərəcəsində qalib gələrək İranın ilk qızıl medalını qazanıb.

Həbibi üç dəfə (1959, 1961, 1962) dünya çempionu olub. 1958-ci ildə Asiya Oyunlarında qızıl medal qazanıb.(oxu.az)

Seçilən
1
6
olke.az

7Mənbələr