AZ

Azyaşlı hündürmərtəbəli binadan yıxıldıVİDEO

Abşeron rayonunda faciəvi hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, yaşayış komplekslərinin birində azyaşlı uşaq hündürlükdən aşağı düşərək həyatını itirib.

Yaşayış kompleksində Ömər adlı 5 yaşlı uşağın binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilir.

Əraziyə Polis və Təcili yardım briqadası cəlb olunub. 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişən uşağn 5 yaşlı Ömər olduğu bildirilir. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Azyaşlının nəşi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr