AZ

Fransadakı yəhudilər ciddi qorxu içindədir Səfir

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Fransada antisemitizmin kəskin artması ilə əlaqədar yəhudi icmasında ciddi qorxu var.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Jewish News Sindicate”ə İsrailin Parisdəki səfiri Coşua Zarka deyib.

Onun sözlərinə görə, Fransadakı yəhudilər yalnız nəzəri olaraq aliya (repatriasiya) haqqında danışmırlar, onlar buna çox ciddi yanaşırlar. Diplomat hesab edir ki, bu vəziyyət Fransa Prezidenti Emmanuel Makronun yürütdüyü siyasət nəticəsində yaranıb.

“Məsələ burasındadır ki, o (Makron) ölkə daxilində çox az dəstək aldığı üçün mahiyyət etibarı ilə beynəlxalq arenada özünü sübut etmək istəyir. Bəlkə də o, vəziyyətin yaxşılaşdırılmasına öz töhfəsini verə biləcəyinə səmimi şəkildə inanır, baxmayaraq ki, əslində onun hərəkətləri yalnız qeyri-sabitliyə kömək edir və təşəbbüsləri ilə Yaxın Şərqdə sabitliyi pozur”.

Eyni zamanda, İsrailin Fransa əhalisi arasında böyük dəstəyə malik olduğunu qeyd edən Zarka, ölkənin siyasi isteblişmentinin prezident Makronun siyasətini kəskin tənqid edən müxtəlif dairələrindən də böyük dəstək aldığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
6
axar.az

7Mənbələr