“Report”un xəbərinə görə, Durov Fransa polisinin tədbirlərini absurd adlandırıb.
Onun sözlərinə görə, 2024-cü ildə heç vaxt görmədiyi şəxslərin “Telegram”dan cinayət törətmək məqsədilə istifadə etdiyi üçün o, dörd sutka həbs edilib.
“Böyük platformanın baş direktorunun onun istifadəçilərinin hərəkətlərinə görə həbs edilməsi nəinki görünməmiş, həm də hüquqi və məntiqi baxımdan absurd idi”.
O əlavə edib ki, Fransa hüquq-mühafizə orqanları hələ də “cinayət istintaqı” çərçivəsində ona qarşı nəsə tapmağa çalışırlar. Bununla belə, mesencerin işi bütün sənaye standartlarına uyğundur və onun komandası Fransa tərəfinin bütün müraciətlərinə cavab verir.
“Qəribədir ki, Fransa polisinin səhvi ucbatından həbs olundum: 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Avropa İttifaqı qanunlarına məhəl qoymadılar və zəruri hüquqi prosedur çərçivəsində “Telegram”a bir sorğu göndərmədilər”.
10Mənbələr
-
cebheinfo.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20655786)
-
ikisahil.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20655717)
-
news365.azDurov Fransada həbsindən DANIŞDI ( 20655375)
-
baku.newsDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20655021)
-
olke.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20654685)
-
Ajans.azDurov ötən il Fransada həbsinə MÜNASİBƏT BİLDİRDİ ( 20654667)
-
bakivaxti.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20654577)
-
demokrat.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20654559)
-
bakivaxti.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20654376)
-
report.azDurov ötən il Fransada həbsinin səhv olduğunu bildirib ( 20654310)