AZ

Durov ötən il Fransada həbsinin səhv olduğunu bildirib

“Telegram”ın yaradıcısı Pavel Durov ötən il Fransada həbsinin səhv olduğunu bildirib.

“Ölkə.az” xəbər verir ki, Durov Fransa polisinin tədbirlərini absurd adlandırıb.

Onun sözlərinə görə, 2024-cü ildə heç vaxt görmədiyi şəxslərin “Telegram”dan cinayət törətmək məqsədilə istifadə etdiyi üçün o, dörd sutka həbs edilib.

“Böyük platformanın baş direktorunun onun istifadəçilərinin hərəkətlərinə görə həbs edilməsi nəinki görünməmiş, həm də hüquqi və məntiqi baxımdan absurd idi”.

O əlavə edib ki, Fransa hüquq-mühafizə orqanları hələ də “cinayət istintaqı” çərçivəsində ona qarşı nəsə tapmağa çalışırlar. Bununla belə, mesencerin işi bütün sənaye standartlarına uyğundur və onun komandası Fransa tərəfinin bütün müraciətlərinə cavab verir.

“Qəribədir ki, Fransa polisinin səhvi ucbatından həbs olundum: 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Avropa İttifaqı qanunlarına məhəl qoymadılar və zəruri hüquqi prosedur çərçivəsində “Telegram”a bir sorğu göndərmədilər”.

Durov hələ də hər iki həftədən bir Fransaya qayıtmalı olduğunu və həbsinin yeganə nəticəsinin Fransanın “azad ölkə” kimi imicinə böyük ziyan vurduğunu deyib.(report)

Seçilən
12
9
olke.az

10Mənbələr