“Qarabağ” mövsümə məğlubiyyətlə başladı.
Ötən həftə səfərdə “Ferentsvaroş”u 3:1 məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinin qapılarını aralayan ağdamlılar “Azersun Arena”da “Sumqayıt”a boyun əydi – 0:1.
Oyun başa çatandan sonra üzgün futbolçuların bəziləri açıqlama verməkdən boyun qaçırsalar da, qanalı yarımmüdafiəçi Emmanuel Addai təəssüratlarını Sportinfo.az-a bölüşdü:
“Çempionatın ilk oyunu idi. Futbol belədir, bəzən işə tam ciddi yanaşmayanda sonu belə olur. “Sumqayıt” qeyri-ciddi heç nə etmədi. Hər iki komanda mübarizə aparırdı. Sadəcə, biz şansları dəyərləndirə bilmədik. Onlar isə bir qol vurmağı bacardı.