AZ

Abşeronda beş yaşlı uşaq faciəli şəkildə öldü

Abşeron rayonunda bədbəxt hadisə baş verib.



Referans oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki "Saray MTK" yaşayış kompleksində qeydə alınıb.



Kompleksdəki yaşayış binalarından birinin 9-cu mərtəbəsindəki mənzillərdən birində beş yaşlı oğlan yıxılıb.


Azyaşlı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
10
referans.az

10Mənbələr