AZ

Astarada 72 yaşlı kişi dənizdə boğularaq ölüb

Astarada ahıl kişi bədbəxt hadisə nəticəsində ölüb.

Aznews.az xəbər verir ki, bədbəxt hadisə rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.

Astara rayonunun Bala Şahağac kənd sakini 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dəniz havası almaq və çimmək üçün dənizə gəlib.

Ehtimal olunur ki, o, suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Halsız olan X. Məmmədov suda boğularaq ölüb. Çimərlikdə olan şəxslər meyiti aşkar edərək onu sudan çıxarıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq hadisə yerinə baxış keçiriblər.

Seçilən
80
6
aznews.az

10Mənbələr