Ajans.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri ilk dəfə dərc edilən sənədlərə istinadən yazıb. Jurnal 1994-cü ilə aid məxfi sənədləri - Almaniya Kansleri Helmut Kolun ABŞ liderinə məktublarını, alman diplomatlarının Moskva və Vaşinqtondakı hesabatlarını və Almaniya xarici işlər naziri Klaus Kinkelin rəsmi sənədlərini təhlil edib. Həmin vaxt Rusiyanın NATO-ya üzvlüyü ideyasına qarşı Avropa ölkələrinin, xüsusilə Almaniyanın çıxış etdiyi bildirilir.
Nəşr yazır ki, Almaniyanın o zamankı müdafiə naziri Folker Rüe Rusiyanın alyansa qoşulmasının təşkilatın sonunu gətirəcəyi qənaətində olub.