AZ

İsrail Sənanı bombalayıb - 2 nəfər ölüb, 40 yaralı var

İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Yəmənin husilərin nəzarətində olan Əl-Məsirə televiziyasında yayımlanan reportajda bildirilib ki, İsrail qırıcıları Sənanın mərkəzindəki 60-cı küçədə yanacaq anbarı və onun cənubundakı elektrik stansiyasını vurublar: "Yəmən neft şirkətinə məxsus yanacaq anbarına hücum nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölüm faktı arta bilər"

Tahir Şəlvləli
MİA.AZ

Seçilən
81
mia.az

1Mənbələr