AZ

Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdardır.
ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətini yüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik".
Seçilən
23
7
onn.az

8Mənbələr