Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Real Sosyedad” – “Espanyol” matçında qalib müəyyənləşməyib.
“Osasuna” doğma meydanda “Valensiya”nı tək qolla üstələyibsə, “Vilyarreal” “Jirona”nı 5 cavabsız qolla məğlub edib.
“Real Ovyedo”nun qonağı olan “Real” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
La Liqada 2-ci turun qalan görüşləri avqustun 25-də keçiriləcək.
İspaniya, La Liqa
2-ci tur
22 avqust
Betis – Alaves 1:0
Qol: Lo Çelso, 16.
23 avqust
Malyorka – Selta 1:1
Qollar: Bauza, 88 – Rueda, 38.
Atletiko – Elçe 1:1
Qollar: Sörlot, 8 – Mir, 15.
Levante – Barselona 2:3
Qollar: Romero, 15. Morales, 45+7-pen – Pedri, 49. F.Torres, 52. Elqezabal, 90+1-öz qapısına.
24 avqust
Osasuna – Valensiya 1:0
Qol: Budimir, 9.
Real Sosyedad – Espanyol 2:2
Qollar: Barreneçea, 61. Oskarsson, 69 – Milya, 10. Puado, 45+1-pen.
Vilyarreal – Jirona 5:0
Qollar: Pepe, 7. Buçanan, 16; 28; 64. Marin, 25.
Real Ovyedo – Real 0:3
Qollar: Mbappe, 37; 83. Vinisius, 90+3.
25 avqust
21:30. Atletik – Rayo Valyekano
23:30. Sevilya – Xetafe