Türkiyənin Balıkəsir vilayətində 4,8, 4,2 və 4,3 bal gücündə ard-arda üç dəfə zəlzələ olub.
APA xəbər verir ki, Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Zəlzələ Balıkəsirlə yanaşı Bursa və İzmirdə də hiss olunub.
Hələlik dağıntıların olub-olmaması ilə bağlı məlumat verilməyib.