AZ

Komandamız üçüncü yeri tutdu - Dünya çempionatında

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Seçilən
25
sportinfo.az

1Mənbələr