AZ

ABŞ-də “Starship” kosmik gəmisinin buraxılışı ləğv edildi

BAKI, 25 avqust. TELEQRAF

“SpaceX” şirkəti “Starship” kosmik gəmisinin prototipinin 10-cu test buraxılışını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

“Starship”in uçuşunun yerüstü sistemlərdə yaranan nasazlıqlar səbəbindən ləğv edildiyi bildirilir.

Qeyd edək ki, kosmik gəminin buraxılışı Bakı vaxtı ilə saat 03:30-da Texas ştatındakı “Starbase” kosmodromunda həyata keçirilməli idi.

Kosmik gəminin yeni buraxılış tarixi haqqında məlumat verilmir.

Seçilən
31
teleqraf.com

1Mənbələr