AZ

“SpaceX” texniki problemlərə görə “Starship” prototipinin buraxılışını təxirə salıb

Amerikanın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan “Starship” kosmik gəmisinin prototipi olan daşıyıcı raketin buraxılışını texniki nasazlıqlara görə təxirə salıb.

“Report” xəbər verir ki, kosmosa uçuş Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-a (Bakı vaxtı ilə 03:30) planlaşdırılmışdı.

Qeyd olunub ki, problemin həlli üçün müəyyən vaxt lazım olacaq. Hələlik yeni buraxılışın tarixi açıqlanmayıb.

“Starship” bu günə qədər ən böyük və ən güclü kosmik raketdir. Sistemin ümumi təxmini yükgötürmə qabiliyyəti 150 tondur.

Seçilən
20
report.az

1Mənbələr