ain.az, Apa.az portalına istinadən məlumat verir.
Minimum idxal rüsumlarının güzəştli rejiminin sona çatması ilə bağlı qeyri-müəyyənlik səbəbindən Avropa poçt xidmətləri ABŞ-a bağlamaların göndərilməsini dayandırmağa və ya tamamilə ləğv etməyə başlayıb.
APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əvvəllər gömrük dəyəri 800 dollara qədər olan malların rüsumsuz idxalını nəzərdə tutan rüsumsuz rejimi dayandırıb.
Ağ Evin qərarına əsasən, avqustun 29-dan etibarən artan tariflərin tətbiq olunduğu bütün ölkələrdən gələn xarici bağlamalardan rüsumlar tutulacaq.
“Avropanın bir sıra poçt agentlikləri güzəştli rüsumun bu həftə başa çatması ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək ABŞ-a göndərişləri dayandırmağa və ya tamamilə ləğv etməyə başlayıb”, - portal yazır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.