BAKI, 25 avqust. TELEQRAF
Tropik "Kajiki" qasırğası Tonkin körfəzində 4-6 metr hündürlüyündə dalğalara səbəb olub.
Teleqraf xəbər verir ki, bununla əlaqədar olaraq, Çinin Dəniz Mühitinin Proqnozlaşdırılması Mərkəzi akvatoriyada gəmilər üçün sarı xəbərdarlıq səviyyəsi elan edib.
Qasırğanın mərkəzində küləyin sürəti 40 m/s-i ötüb.
Xatırladaq ki, daha əvvəl Vyetnam hökuməti "Kajiki" qasırğasının yaxınlaşması səbəbindən 586 mindən çox insanın təxliyə edilməsi barədə tapşırıq verib.