AZ

Zelenski: ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə qadağa qoymayıb

BAKI, 25 avqust. TELEQRAF

Ukrayna Rusiyanın arxa cəbhəsinə yalnız öz uzaqmənzilli silahları ilə zərbələr endirir və ABŞ ilə belə məsələlər artıq çoxdan müzakirə olunmur.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna lideri bu barədə yalnız mətbuatdan oxuduğunu söyləyib.

Xatırladaq ki, daha əvvəl “Wall Street Journal” nəşrinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi yeni administrasiya dövründə Ukraynaya tədarük edilmiş uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün yüksək səviyyəli təsdiq proseduru tətbiq edib. Məlumata görə, bu prosedur ATACMS raketlərinə, həmçinin Britaniya-Fransa istehsalı olan “Storm Shadow” qanadlı raketlərinə şamil olunur.

Seçilən
4
teleqraf.com

1Mənbələr