AZ

Boş qalan yerlər və kolleclərə paralel seçim mümkündür? - DİM

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi avqustun 28-dən başlayacaq və sentyabrın 2-dək davam edəcək.

Abituriyentlərin ən çox maraqlandığı məsələlərdən biri namizədin hər iki müsabiqədə iştirak edib-etməməsidir.

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər həm ali məktəblərdə boş qalan yerlərə, həm də 11 illik bazada kolleclərin ixtisas seçimində iştirak edə bilərlər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisasların siyahısı bu həftənin əvvəlində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

Seçilən
1
1
azedu.az

2Mənbələr