AZ

Döngəyə sürətlə girən motosikletçi maşına çırpıldı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisəyə səbəb hər iki sürücünün məsuliyyətsizliyi olub. Belə ki, yüksək sürətlə döngəyə girən motosiklet sürücüsü qarşıdan gələn 99-RO-918 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib. Motosiklet sürücüsü isə hadisədən xəsarətsiz ötüşə bilib.

Videodan aydın şəkildə görünür ki, bu qəzada avtomobil sürücüsünün də günahı var. O, döngəyə girən vaxtı müəyyən qədər əks istiqamətə çıxıb. Əks halda qəza baş verməyə bilərdi.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
avtosfer.az

1Mənbələr