AZ

Ukraynalı müdafiəçinin yüksək maaş istəməsi “Portu”nu çətin vəziyyətdə qoyub

ain.az, sport24.az saytına istinadən bildirir.

London "Arsenal"ının müdafiəçisi Aleksandr Zinçenko karyerasını "Porto"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "əjdahalar" sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir. 28 yaşlı ukraynalı futbolçu da "Porto"nun əsas transfer hədəflərindən biridir.

Ancaq Zinçenkonun "Portu"ya potensial transferi ilə bağlı sövdələşmə futbolçunun maliyyə tələblərinə görə çətinləşib. Aleksandr ildə təxminən 6,5 milyon avro maaş istəyir. Bu səbəbdən portuqaliyalılar sözügedən mövqeyə başqa oyunçuları da nəzərdən keçirirlər.

Qeyd edək ki, Zinçenko yeni mövsümdə "Arsenal"ın iki çempionat oyununun heç birində heyətə daxil edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
sport24.az

1Mənbələr