AZ

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turniri start götürür

Avqustun 30-dan sentyabrın 3-dək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək. 

Operativ Media Azərbaycan Həmdbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “AHF Arena”da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək. OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) B qrupunda mübarizə aparacaq. 

Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər. 

Seçilən
15
operativmedia.az

1Mənbələr