AZ

Azad edilən ərazilərdə internetlə təmin olunan abonentlərin sayı açıqlanıb

Azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi, məskunlaşma olan yaşayış məntəqələri və biznes subyektlərinə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də “Aztelekom” MMC tərəfindən təmin olunur.

Herbiand.az bildirir ki, bu barədə “Aztelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətlərinin genişləndirilməsi sakinlərin gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədə həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına da mühüm dəstək verir.

Qeyd edilib ki, 31 iyul 2025-ci il tarixinə olan məlumata əsasən, həmin ərazilərdə ümumilikdə xidmətlərimizdən istifadə edən 5 mindən çox abunəçi mövcuddur və istəkdən asılı olaraq onlar “Aztelekom”un təklif etdiyi Telefoniya və İP TV xidmətlərindən də yararlana bilirlər.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, qarşıda dayanan prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

Seçilən
1
3
herbiand.az

4Mənbələr