AZ

“Arsenal”ın 15 yaşlı vunderkinlə bağlı planı bəlli oldu

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

London "Arsenal"ı klubun hücumameyilli yarımmüdafiəçi Maks Domanla 16 yaşı tamam olan kimi ilk peşəkar müqaviləsini imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, klub futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalamağa hazırdır. O, dünyanın gələcək ulduz oyunçusu hesab olunur.

Qeyd edək ki, 15 yaşlı Doman "Arsenal"ın heyətində avqustun 23-də Premyer Liqanın 2-ci turunda "Lids"lə oyunda (5:0) debüt edib. O, 64-cü dəqiqədə meydana çıxıb və ikinci hissəyə əlavə olunmuş dəqiqədə komandasına penalti qazandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
sport24.az

1Mənbələr