AZ

Gəncədə 29 yaşlı şəxs bıçaqlandı - Yenilənib

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo”  xəbər verir ki, Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb. Hadisə şəhər ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elmir Əmirov şəhər xəstəxanalarından birinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Əmirova kəsici-deşici alətlə və yumruqla xəsarət yetirməkdə şübhəli bilinən Sərxan Qəhrəmanov və Ruslan Abbasov saxlanılaraq istintaqa təhvil verilib.​

Yunis Quliyev

Seçilən
8
4
qafqazinfo.az

5Mənbələr