AZ

“Neftçi”nin sabiq hücumçusu: “Samir Abasova şans vermək lazımdır”

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Komandanın oyunlarını tam izləyə bilmirəm. Amma icmallara mütləq baxıram". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq futbolçusu Baqali Dabo deyib. 37 yaşlı keçmiş forvard "ağ-qaralar" cari mövsüm iki turdakı çıxışı ilə bağlı danışıb: "Komandanın son oyununa xüsusi toxunmaq istəyirəm. Hücumçu (red: Bassala Sambunu) qapıçının çarəsiz qaldığı epizodda fərqlənə bilmədi. Mövsümün ilk matçlarında fürsətlərdən maksimum yararlanmalısınız".Fransalı sabiq oyunçu "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov haqqında da danışıb: "Düşünürəm ki, bir mütəxəssis klubda uğur qazanıbsa, ona şans vermək lazımdır". Qeyd edək ki, "Neftçi" ilk turda "Şamaxı" ilə (1:1), ikinci turda "İmişli" ilə heç-heçə edib. Baqali Dabo 2018-2020-ci illərdə paytaxt klubunda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
sport24.az

2Mənbələr