Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanmasına 316 000 sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Bimd” QSC həyata keçirəcək.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və QSC arasında müqavilə bağlanıb.
İşlərin həyata keçirilməsinə başlanılıb.
Cabir
Tarix: 25 Avqust 2025, 10:02