ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner prezident Emmanuel Makrona məktub yazıb...
Poliqon Le Monde-yə istinadən xəbər verir ki, səfir ölkədə antisemitizmin artacağı barədə xəbərdarlıq edib. O bildirib ki, Fransa hakimiyyəti bununla mübarizə üçün kifayət qədər iş görmür.
"İsrailə qarşı açıq bəyanatlar və Fələstin dövlətini tanımağa yönəlmiş jestlər ekstremistləri cəsarətləndirir, zorakılığı artırır və Fransadakı yəhudilərin həyatını təhlükəyə atır", deyə Kuşner əlavə edib.
Onun sözlərinə görə, Fransada elə bir gün keçmir ki, küçələrdə yəhudilərə hücum olmasın, sinaqoqlar və yəhudilərə məxsus bizneslər dağıdılmasın.
Səfir nifrət cinayətlərinə qarşı qanunların icrasına, yəhudi məktəblərinin, sinaqoqların və bizneslərin təhlükəsizliyini təmin etməyə çağırıb. O, həmçinin ondan HƏMAS və Fələstin hərəkatının müttəfiqlərinə legitimlik verən hərəkətlərdən çəkinməsini istəyib.
İyulda Makron bildirib ki, sentyabrda Fransa Fələstini dövlət kimi tanıyacaq. O, bu qərarı sentyabrda BMT Baş Assambleyası vasitəsilə rəsmiləşdirəcəkdi. İsrailin baş naziri Benyamin Netanyahu bunun "terroru mükafatlandıracağını" və yəhudi dövlətinin "dağıdılması üçün sığınacaq" yaradacağını bildirib.
Poliqon.info