AZ

ABŞ universitetində atışma baş verdi

ABŞ-ın Kolumbiya ştatındakı Cənubi Karolina Universitetinin kampusunda naməlum silahlı şəxs atəş açıb.

Doğru.az xəbər verir ki, məlumat təhsil müəssisəsinin saytında yerləşdirilib. Hadisə zamanı kampusda sirenlər çalınıb, tələbələrə qaçmaq və ya təhlükəsiz yerdə barrikada qurmaq çağırışı edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Filadelfiyadakı Villanova Universitetinin kampusunda da oxşar atışma hadisəsi baş vermişdi.

DOĞRU.AZ

Seçilən
16
dogru.az

1Mənbələr