Fransada yanğınsöndürən helikopter qəzaya uğrayıb.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, bazar günü Fransanın şimal-qərbində, Rospordan kommunasında yanğınsöndürmə əməliyyatı zamanı helikopter anidən gölə düşüb.
Hadisə, vertolyot yaşayış binasında baş verən yanğını söndürmək üçün göldən su götürən zaman qeydə alınıb.
Xoşbəxtlikdən bütün ekipaj üzvləri sərbəst şəkildə təxliyə olunub və hadisə nəticəsində heç kim xəsarət almayıb.