Olaylar.az xəbər verir ki, o, NBC-yə verdiyi müsahibədə bildirib ki, prezident Donald Tramp bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyub.
"Amerikanın əsgərləri Ukraynada olmayacaq, lakin biz ukraynalıların müharibəni dayandırmaları üçün lazım olan təhlükəsizlik zəmanətləri və etimadı təmin etməkdə fəal rol oynamağa davam edəcəyik", - deyə vitse-prezident vurğulayıb.
Rusiya ilə bağlı sualı cavablandıran Vens qeyd edib ki, müharibə başa çatmadan təhlükəsizlik zəmanətlərindən danışmaq mümkün deyil:
"Əlbəttə ki, ruslar da müharibənin başa çatdırılması ilə bağlı danışıqların bir hissəsi olacaq və bu prosesdə müəyyən rol oynayacaqlar", - deyə o əlavə edib.
ABŞ vitse-prezidenti həmçinin ümid etdiyini bildirib ki, Ukraynadakı müharibə maksimum 6 aya sona çatacaq:
"Nəticə necə olursa-olsun, müharibə 3 ay, 6 ay ərzində, ümid edirəm daha gec olmayaraq bitəcək. Biz qürur duymalıyıq ki, insanları qırğından xilas etməyə çalışan prezidentimiz var", - deyə Cey Di Vens qeyd edib.