Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Baş Dövlət Yol Polisi İdarəsinin “1 sual – 1 cavab” rubrikası çərçivəsində sürücüləri maraqlandıran növbəti suala aydınlıq gətirilib.
Avtosfer.az-ın məlumatına görə, rubrikada bu dəfə texniki baxışla bağlı belə bir sual səsləndirilib.
“Texniki baxışın müddəti əvvəlki baxış günündən hesablanır, yoxsa ilin əvvəlindən?”
Suala cavab olaraq BDYPİ-nin əməkdaşı tərəfindən hazırlanmış videomaterialda bildirilib ki, nəqliyyat vasitəsinin texniki baxış müddəti sonuncu baxışın keçirildiyi tarixdən etibarən bir il müddətinə hesablanır. Yəni texniki baxışın müddəti ilin əvvəlindən yox, faktiki baxış tarixindən başlayır.
Qeyd edək ki, bu cür maarifləndirici materiallar sürücüləri məlumatlandırmaq və yol hərəkəti ilə bağlı suallara rəsmi cavab vermək məqsədi daşıyır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.