AZ

"Qəzzada vəziyyət fəlakət həddindədir" -BMT-dən ÇAĞIRIŞ


BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzza zolağında ərzaqla bağlı vəziyyəti fəlakətli adlandırıb. Yaponiyanın “NHK” telekanalına müsahibəsində S. Makkeynbildirib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzzanın ehtiyac duyduğu miqdarda ərzaq təmin edə bilən ən böyük və yeganə təşkilatdır, lakin humanitar işlərə İsrail hərbçilərinin hərəkətləri mane olur: “Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür. Bizə silahlar, tanklar və digər silahlar tuşlananda çox çətindir”.
Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, döyüşlər nəticəsində zolağında həlak olan fələstinlilərin ümumi sayı 62 mini keçib, 157 mindən çox sakin yaralanıb, anklavın daha 270 sakini, o cümlədən 112 uşaq aclıqdan ölüb.

Mətləb

Seçilən
21
9
baki-xeber.com

10Mənbələr