BAKI, 25 avqust. TELEQRAF
Sabah Lənkəranın bəzi kəndlərində qaz kəsiləcək.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5000 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.