Olaylar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Onun sözlərinə görə, "Qazprom"la demək olar ki, bütün məsələlər artıq həll olunub: "Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda "Qazprom"la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Əgər bu məsələ də həll olunsa, o zaman hər şey işə düşəcək".
Qeyd edək ki, Rusiyanın energetika naziri Sergey Tsivilev hələ aprel ayında bildirmişdi ki, məsələ yalnız şirkətlər arasında maliyyə məsələlərinin həllinə bağlıdır. Onun sözlərinə görə, Rusiya qazının Azərbaycan ərazisindən mövcud infrastruktur vasitəsilə ilk nəqlinə 2025-ci ildə başlanılacaq və həcmi ildə 1,8 milyard kubmetrə çatacaq. İran səfirinin dediklərindən aydın olur ki, indiyədək maliyyə məsələlərini həll etmək mümkün olmayıb.
Maraqlıdır ki, ötən ilin yanvarından - İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı Rusiya və İran Azərbaycan üzərindən qaz nəqlinin başlanması, hətta 55 milyard kubmetrlik ötürücü gücə malik kəmərin çəkilməsi barədə danışırlar. Lakin rəsmi Bakı bir dəfə də olsun məsələyə münasibətini açıqlamayıb.