AZ

ÇL: Macarıstan klubunu "Qarabağ"la oyunda 20-yə yaxın azarkeş dəstəkləyəcək

Macarıstanın "Ferentsvaroş" komandasını Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 20-yə yaxın azarkeş dəstəkləyəcək.

News24.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda görüşdən bir gün əvvəl paytaxta gələcək:

"Ferentsvaroş"un Bakıda açıq məşqi olmayacaq. Avqustun 26-da, saat 20:00-da "Ferentsvaroş"un baş məşqçisi Robbi Kinin mətbuat konfransı baş tutacaq".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.


Seçilən
58
5
news24.az

6Mənbələr